Bakıda "Mədəniyyətlərarası
dialoqda gənclərin
rolu" mövzusunda beynəlxalq seminar keçirilir
İyulun 13-də
Bakıda "İRƏLİ", Azərbaycan
Könüllüləri ictimai birliklərinin və Demokratik
İştirak Naminə Avropa İnstitutunun birgə təşkilatçılığı
ilə "Mədəniyyətlərarası dialoqda gənclərin
rolu" mövzusunda beynəlxalq seminar
başlanmışdır.
Avropa İttifaqı Gənclər
Proqramının, Gənclər və İdman Nazirliyinin dəstəyi
ilə keçirilən seminarda İspaniya, Rumıniya, Litva,
Belarus, Ukrayna, Slovakiya, Serbiya, Hollandiya və Azərbaycan gəncləri
iştirak edirlər.
Açılış mərasimində
çıxış edən gənclər və idman nazirinin
müavini İntiqam Babayev, "İRƏLİ"nin sədri
Ceyhun Osmanlı və başqaları seminarın məqsədi
və əhəmiyyətindən danışmış, gənclərə
uğurlar arzulamışlar. Bildirilmişdir ki, məqsəd
Avropa İttifaqına qonşu olan ölkələrdəki gənclər
və gənclər təşkilatlarının birgə fəaliyyətini
və əməkdaşlığını genişləndirmək,
layihələr hazırlamaq, Azərbaycandakı gənclər
təşkilatlarını tanıtmaq və Avropadakı təşkilatlarla
əlaqələndirməkdir. Bundan başqa, seminarda əməkdaşlıq,
layihələrin hazırlanması və digər mühüm
məsələlər də müzakirə ediləcəkdir.
Seminar beynəlxalq təlimçilər
tərəfindən aparılır və iyulun 18-dək davam
edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyul.- S. 15.