Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Nikola Sarkoziyə

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - Bastiliyanın alınması günü münasibətilə Sizi dost Fransa xalqını şəxsən öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Çox şadam ki, ötən illər ərzində münasibətlərimiz daim yüksələn xətt üzrə inkişaf edərək genişmiqyaslı çoxsəpkili əməkdaşlığımıza gətirib çıxarmışdır.

Hazırda ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm beynəlxalq qurumlar layihələr çərçivəsində səmərəli birliyi mövcuddur. Bu mənada Avropaya inteqrasiya yolunda atdığımız addımlara, eləcə Avropa İttifaqı tərəfindən həyata keçirilən proqramlarda Azərbaycanın iştirakına ölkənizin dəstəyindən məmnunluq duyuruq.

Eyni zamanda, ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın səylərinə böyük ümidlər bəsləyirik.

Bu əlamətdar gündə Sizə, cənab Prezident, bir daha öz təbriklərimizi ən xoş arzularımızı yetirir, dost xalqınıza sülh firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 14 iyul.- S. 2.