Azərbaycan Prezidenti İlham Əliyev "British Council"in hazırkı sədri ser Cerard Lemos ilə görüşmüşdür

 

Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Londonda "British Council"in hazırkı sədri ser Cerard Lemos ilə görüşmüşdür.

Prezident İlham Əliyev "British Council"in ölkəmizdəki işini müsbət qiymətləndirdi təşkilatın Azərbaycanda fəaliyyətini davam etdirməsi üçün bütün imkanların olduğunu vurğuladı.

Ser Cerard Lemos "British Council"in Azərbaycandakı gələcək planları haqqında məlumat verdi bildirdi ki, əsas fəaliyyət istiqaməti ingilis dilinin tədrisi olan "British Council" Azərbaycanda mədəniyyət sahəsində layihələr həyata keçirməyi planlaşdırır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 iyul.- S.1.