Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın energetika ətraf mühit məsələləri üzrə dövlət katibi Ed Milibənd ilə görüşü

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Böyük Britaniyanın energetika və ətraf mühit məsələləri üzrə dövlət katibi Ed Milibənd ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edildi.

Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfəri çərçivəsində Dövlət Neft Şirkəti ilə bp arasında sənədin imzalanması iki ölkənin energetika sahəsində əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu və işbirliyi üçün yaxşı perspektivlərin mövcudluğunu nümayiş etdirir.

Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 iyul.- S.1.