Kanadadakı həmvətənlərimiz
tərəfindən Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi
münasibətilə Torontoda, Dünya Elm Muzeyinin böyük
salonunda təşkil olunmuş konsertin yazıldığı
kompakt diskin buraxılması ulu öndərin Azərbaycanın
siyasi rəhbəri seçilməsinin 40-cı
ildönümünə təsadüf etmişdir.
Konsertdə bəstəkar
və dirijor, xalqımızın mədəniyyətini və
incəsənətini dünyada fəal təbliğ edən
İsmayıl Hacıyevin bədii rəhbəri olduğu
"İpək yolu" Kanada-Azərbaycan kamera ansamblı
iştirak etmişdir.
Diskə, həmçinin
Heydər Əliyevin akademik Ömər Eldarov tərəfindən
hazırlanmış büstünün
açılışı ilə əlaqədar Niaqara şəhərinin
İncəsənət Mərkəzində keçirilmiş
təntənəli mərasim də yazılmışdır. Xatırladaq
ki, Heydər Əliyevin büstü İsmayıl Hacıyevin
təşəbbüsü ilə qoyulmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 15 iyul.- S. 2.