Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə Bakıda bayram konserti atəşfəşanlıq olmuşdur

 

Bakı Şəhər İcra Hakimiyyəti müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə iyulun 14-də Dənizkənarı Milli parkda bayram konserti və atəşfəşanlıq təşkil etmişdir.

Bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər.

Milli parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan atəşfəşanlığı seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 iyul.- S. 2.