Fransanın milli bayramı şərəfinə

 

İyulun 14-də Fransanın Bakıdakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller çıxış edərək bildirmişdir ki, 220 il əvvəl Fransa xalqının azadlıq mübarizəsi qələbə ilə yekunlaşmışdır. Diplomat ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləmişdir.

Q.Keller dost ölkələr olan Azərbaycan ilə Fransa arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır. Azərbaycanın dinamik inkişafını xüsusi vurğulayan səfir iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın bundan sonra da dönmədən inkişaf edəcəyinə ümidvar olduğunu demişdir.

Ailə, Qadın Uşaq Probemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına əmin-amanlıq firavanlıq arzularını çatdırmışdır. O, xatırlatmışdır ki, Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri vardır. Prezident İlham Əliyevin Azərbaycan-Fransa əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayan H.Hüseynova qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.

Qəbulda Azərbaycanın dövlət hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 iyul.- S. 4.