Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir

 

İyulun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

MSK 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli, 5 saylı Şahbuz-Babək, 6 saylı Culfa-Babək və 7 saylı Ordubad-Culfa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 iyul.- S. 4.