Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri başa çatmışdır

 

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Böyük Britaniyanın dövlət bayraqlarının dalğalandığı Londonun "Hitrou" hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Böyük Britaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.

 

* * *

 

Dövlətimizin başçısı həmin gün axşam Bakıya gəldi.

Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 1.