İran İslam Respublikasının
Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada
Hörmətli cənab
Prezident!
"Caspian Airlines"
şirkətinə məxsus Tu-154 təyyarəsinin qəzaya
uğraması nəticəsində çoxlu sayda həmvətəninizin
həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə
ilə əlaqədar dərdinizə şərik
çıxır, Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün İran xalqına
şəxsən öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı
verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 16 iyul.- S. 1.