Seulda Azərbaycan-Koreya Respublikası İqtisadi Əməkdaşlıq
Komissiyasının üçüncü
iclası olmuşdur
İqtisadi
İnkişaf Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, Seulda Azərbaycan-Koreya Respublikası
İqtisadi Əməkdaşlıq Komissiyasının
(İşçi qrup) üçüncü iclası
keçirilmişdir.
Tədbirdə Azərbaycanı
İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri
Samir Vəliyevin başçılıq etdiyi nümayəndə
heyəti təmsil etmişdir.
İclasda 2007-ci ilin
avqustunda Bakıda keçirilmiş görüşdən
ötən dövrdə görülmüş işlər,
ikitərəfli əlaqələrin mövcud vəziyyəti,
qarşılıqlı səfərlərin iqtisadi əlaqələrə
təsiri və gələcək əməkdaşlıq
perspektivləri müzakirə edilmişdir.
Komissiyanın tərkibində
yaradılmış 5 istiqamət - ticarət və
investisiyalar, enerji və təbii ehtiyatlar, rabitə və
informasiya texnologiyaları, tikinti və kənd təsərrüfatı
sahələri üzrə komitələrin görüşləri
də keçirilmiş, hər bir komitənin iclasları
üzrə işçi protokollar imzalanmışdır.
Azərbaycan-Koreya
Respublikası İqtisadi Əməkdaşlıq
Komissiyasının üçüncü iclasının
protokolu imzalanmış və növbəti iclasın 2010-cu
ilin ikinci yarısında Bakıda keçirilməsi barədə
razılıq əldə edilmişdir.
Səfər çərçivəsində
Azərbaycan nümayəndə heyəti ölkənin bilik
iqtisadiyyatı nazirinin birinci müavini Kim Yanq Hakla, habelə
Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının həmsədri Li Su Hınqla
görüşmüş, əməkdaşlığın
genişləndirilməsi perspektivlərinə dair fikir
mübadiləsi aparmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 16 iyul.- S. 2.