Azərbaycan ilə ATƏT arasında geniş əlaqələr vardır
ATƏT-in baş katibi, səfir Mark Perrin de Brişambo iyulun 15-də Azərbaycana gəlmişdir.
Baş katib jurnalistlərə müsahibəsində bildirmişdir ki, ikigünlük səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcəkdir. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional əməkdaşlıq və digər məsələlər müzakirə ediləcəkdir.
Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyəti də xüsusi diqqət mərkəzində olacaqdır.
Baş katib demişdir: "Mən Azərbaycanda olmaqdan çox məmnunam. Azərbaycan ilə ATƏT arasında geniş əlaqələr vardır. Bildirim ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair tərəflərin əldə etdiyi irəliləyişlər bizi qane edir. Ona görə də Moskva görüşündə Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi nailiyyətlərin əldə olunacağına ümid edirəm".
AzərTAc
Azərbaycan.- 2009.- 16 iyul.- S.