ABŞ Qarabağ münaqişəsinin həllinə dair sülh danışıqlarını nailiyyət kimi qiymətləndirir

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyada keçiriləcək görüşü ərəfəsində "Daily News" qəzetinə müsahibəsində bildirmişdir ki, dialoqun gücləndirilməsi vasitəçilik səylərini yeni, ümidverici mərhələyə çıxarır.

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində sülh prosesinin inkişafını qiymətləndirir. Danışıqlarda həqiqətən irəliləyiş var. Ümid edirik ki, prezidentlərin iyulun 17-dəki görüşü Sankt-Peterburq görüşünun nailiyyətləri və Madrid prinsipləri üzərində qurulacaqdır.

Həmsədr bildirmişdir ki, Prezident Barak Obama və dövlət katibi Hillari Klinton onun vasitəçilik səylərini dəstəkləyirlər. ATƏT-in hər üç həmsədri komanda şəklində çalışır. Biz Rusiya Prezidenti Medvedevin mühüm və müsbət səylərini çox dəyərləndiririk.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 2.