"Kabel televiziyası
sahəsində fəaliyyət
qaydaları"nın
layihəsi müzakirə
edilmişdir
Milli Televiziya və Radio
Şurasının növbəti iclası
keçirilmişdir.
İclasda Milli Televiziya
və Radio Şurası aparatı tərəfindən
hazırlanmış "Kabel televiziyası sahəsində fəaliyyət
qaydaları"nın layihəsi müzakirə edilmişdir. Layihənin
"Normativ hüququ aktlar haqqında" qanunda normativ aktlar
üçün nəzərdə tutulmuş tələblərə
uyğunlaşdırılması, müəyyən əlavə
və dəyişikliklərin edilməsi şərti ilə
şuranın növbəti iclasında müzakirəyə
çıxarılması qərara alınmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 16 iyul.- S. 4.