Göygölün füsunkar təbiəti
turistləri cəlb edir
Göygöldə
istirahət etməyə üstünlük verən turistlərin
sayı ötən illərlə müqayisədə xeyli
çoxalıb.
Cari ildə rayonun gəzməli-görməli
yerlərində 4800-dən çox turist olub. Ötən ilin
müvafiq dövründə bu rəqəm 3550 nəfər təşkil
edib. Rayonun mədəniyyət və turizm idarəsindən
bildirilib ki, buna turist marşrutlarının maraqlı şəkildə
müəyyənləşdirilməsi də səbəb olub.
Rayon mərkəzi
Hacıkənd-Aşıqlı kəndi, Göygöl-Topalhəsənli-Zurnabat,
Göygöl-Koşkü, Göygöl-Üçbulaq,
Quşqara-Balçılı üzrə təyin edilən
marşrutlar vasitəsilə turistlər rayonun gəzməli-görməli
yerləri ilə tanış olur, onun qədim və
maraqlı tarixini öyrənirlər. Turistlərin
marağına ən çox iki əsrlik tarixi özündə
əks etdirən Helendorf Cənnət Məkan İstirahət
Mərkəzi, ikitağlı daş körpü, XII əsrə
aid kurqanlar, 200 illik tarixə malik Lüteran kilsəsi,
Toğana kəndində yerləşən "Qız
qalası" abidəsi, Anaid və Müqəddəs Alban
kilsələri, tunc dövrünə aid kurqanlar səbəb
olur.
Azərbaycan.- 2009.- 16 iyul.- S. 3.