Böyük Britaniya Azərbaycan
üçün mühüm
ölkə, strateji tərəfdaşdır
Xəbər verdiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 12-dən 15-dək Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığında rəsmi səfərdə
olmuşdur.
İyulun 13-də
dövlətimizin başçısı Londonda məşhur
siyasətçilərin, diplomatların, mətbuat nümayəndələrinin,
Avropanın tanınmış publisistləri və ictimai
xadimlərinin üzvü olduqları Kral Beynəlxalq
Münasibətlər İnstitutunda görüş
keçirmişdir.
Prezident İlham Əliyevi
binanın önündə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş
Krallığının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi ser Brayn Fol qarşıladı.
Ser Brayn Fol görüşü açaraq,
Azərbaycan Prezidentini
təqdim etdi.
Azərbaycan Prezidentini
burada görməkdən məmnun olduğunu bildirən Brayn
Fol dedi ki, Prezident İlham Əliyev Azərbaycanın xarici
siyasətindən danışacaq və görüş
iştirakçılarını maraqlandıran suallara cavab
verəcəkdir.
Prezident İlham Əliyev
görüşdə "Azərbaycan üçün xarici
siyasət çağırışları" ("Foreign
policy challenges for Azerbaijan") mövzusunda
çıxış etdi.
Azərbaycan.- 2009.- 17 iyul.- S. 1.