F.S.Abdullayevə "Azərbaycan
Respublikasının əməkdar
hüquqşünası" fəxri adının
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikasının məhkəmə hakimiyyəti
orqanlarında uzun müddət işlədiyinə görə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fərhad Sahib oğlu Abdullayevə "Azərbaycan
Respublikasının əməkdar
hüquqşünası" fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 17 iyul.- S. 3.