Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da ATƏT-in
baş katibi Mark Perrin de Brişambonun başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla
ATƏT arasında əməkdaşlığın uğurla
inkişaf etdiyi vurğulanmış, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
nizamlanmasına dair ATƏT-in Minsk qrupu çərçivəsində
aparılan danışıqların hazırkı vəziyyəti
və perspektivləri müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyul.- S. 3.