Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü
olmuşdur
İyulun 17-də
Moskvada, "Prezident-otel"də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan
Respublikasının Prezidenti Serj Sarkisyanın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə
dair görüşü olmuşdur.
Görüşdə Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın
xarici işlər naziri Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri
Mətyu Brayzə (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov
(Rusiya), habelə ATƏT-in hazırkı sədrinin şəxsi
nümayəndəsi Anji Kaspşik iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 18 iyul.- S. 1.