Avropalı gənclər Diplomatik Akademiyada olmuşlar
Bakıda keçirilən
"Mədəniyyətlərarası dialoqda gənclərin
rolu" mövzusunda beynəlxalq konfransın
iştirakçıları Azərbaycan Diplomatik
Akademiyasında olmuşlar.
Avropanın 10-a yaxın
ölkəsini təmsil edən gənclərlə
görüşdə xarici işlər nazirinin müavini,
akademiyanın rektoru Hafiz Paşayev Azərbaycan-Avropa əlaqələrinin
tarixindən danışmışdır. Rektor bildirmişdir
ki, 17 il əvvələ qədər Sovetlər Birliyinin
qapalı rejimində yaşayan Azərbaycan Avropa dövlətləri
ilə əməkdaşlıq edə bilməsə də,
müstəqillik qazandıqdan sonra bu əlaqələr daim
diqqət mərkəzində olmuşdur. Hazırda Azərbaycanın
Avropa ailəsinin fəal üzvlərindən biri olması
ölkəmizin hərtərəfli inkişafına
böyük töhfə verir.
Konfrans
iştirakçıları Diplomatik Akademiyada
çalışan avropalı mütəxəssislərlə
də tanış olmuş, təhsil ocağının
perspektivlərinə və beynəlxalq əlaqələrinə
dair filmə baxmışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 18 iyul.- S. 3.