Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
İclasda Novruz Şəmil
oğlu Manafovun şikayəti üzrə Ali Məhkəmənin
mülki işlər üzrə məhkəmə
kollegiyasının 2008-ci il 6 avqust tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçi
N.Manafovun və onun nümayəndəsi Z.Əsgərovun,
cavab verən orqanın nümayəndəsi - Ali Məhkəmənin
əməkdaşı R.Əkbərovun, mütəxəssislərin
və maraqlı şəxslərin
çıxışlarını dinləyib, işin
materiallarını araşdırıb müzakirə edərək
qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin Qax rayon şöbəsinin Qax rayon
Qaşqaçay bələdiyyəsinə və Manafov Novruz
Şəmil oğluna qarşı torpaq sahəsinin
satılmasına dair qərarın və kadastr planının
etibarsız hesab edilməsi tələbi barədə mülki
iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki İşlər üzrə Məhkəmə
Kollegiyasının 2008-ci il 6 avqust tarixli qərarı Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə,
127-ci maddəsinin II, VII hissələrinə, 129-cu maddəsinin
III hissəsinə və Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 417.1.3, 418.1-ci maddələrinə
uyğun olmadığı üçün qüvvədən
düşmüş hesab edilsin. İşə bu qərarın
təsviri və əsaslandırıcı hissələrinə
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən
baxılsın.
Qərar dərc edildiyi
gündən qüvvəyə minir, qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
AzərTAc
Azərbaycan.- 2009.- 18 iyul.- S. 5.