Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur

 

İyulun 18-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Dövlət başçıları bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 iyul.- S. 1.