Moskvada Rusiya Prezidentinin
mükafatı uğrunda
cıdır yarışları
keçirilmişdir
Yarışı Rusiya
Prezidenti Dmitri Medvedevlə birlikdə Azərbaycan Prezidenti
İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev,
Moldova Prezidenti Vladimir Voronin, Tacikistan Prezidenti Emoməli Rəhmon
və Ermənistan Prezidenti Serj Sarkisyan da izləmişlər.
"Rusiya Prezidentinin
2009-cu il üçün mükafatı" uğrunda
cıdır yarışlarında Rostov vilayətindəki
"Donskoy" atçılıq zavodunun "Monomax" ləqəbli
kəhər ayğırı qalib gəlmişdir. Azərbaycan
Respublikası Atçılıq Federasiyası həmin
yarışlarda çıxış etmək
üçün İrlandiyadan gətirilmiş "Leyk
Poet" ləqəbli ayğırı göndərmişdi.
"Rusiya Prezidentinin
2009-cu il üçün mükafatı" uğrunda
cıdır yarışları 2004-cü ildən
başlayaraq hər il keçirilir. Bu tədbir həm də
MDB-nin üzvü olan ölkələrin dövlət
başçılarının qeyri-rəsmi ünsiyyəti
üçün bir fürsətə çevrilmişdir.
Builki cıdır
yarışları Moskva Mərkəzi cıdır
meydanının 175 illik yubileyinə həsr edilmişdi.
"Rusiya Prezidentinin 2009-cu
il üçün mükafatı" uğrunda cıdır
yarışlarının ümumi mükafat fondu 7 milyon rubl
idi. Bu məbləğin yarısı yarışların
qalibinə çatmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyul.- S. 1.