Azərbaycan Prezidenti İlham
Əliyevin Rusiya Federasiyasına işgüzar
səfəri başa çatmışdır
İyulun 18-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına
işgüzar səfəri başa çatmışdır.
Moskvanın
"Vnukovo-2" hava limanında Prezident İlham Əliyevi
Rusiyanın yüksək vəzifəli dövlət və
hökumət nümayəndələri yola saldılar.
***
Dövlətimizin
başçısı həmin gün axşam Bakıya gəldi.
Azərbaycan Prezidentini
Heydər Əliyev adına beynəlxalq hava limanında Baş
nazir Artur Rasizadə və Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyul.- S. 1.