YAP Kəngərli rayon təşkilatının
yeni binası istifadəyə verilmişdir
Yeni Azərbaycan
Partiyası Kəngərli rayon təşkilatının yeni
inzibati binası istifadəyə verilmişdir.
Mərasimdə
çıxış edən rayon təşkilatının sədri
Fazil Abbasov müasir tələblərə cavab verən yeni
binanın istifadəyə verilməsini təşkilatın 5
illik yubileyinə böyük töhfə kimi dəyərləndirmişdir.
O bildirmişdir ki, cari ildə rayonda partiya sıralarına 86
nəfər qəbul edilmişdir. Onların 30-u qadın, 47-si
isə gənclərdir.
Yeni Azərbaycan
Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının
və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov
vurğulamışdır ki, YAP yarandığı gündən
Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi,
ölkəmizin inkişafı, əhalinin rifah halının
yaxşılaşdırılması naminə fəaliyyət
göstərir. YAP artıq 16 ildir ki, Azərbaycanda iqtidar
partiyasıdır. Bu illər ərzində sübuta yetdi ki,
ulu öndər Heydər Əliyevin yaratdığı partiya
və Azərbaycan xalqı birdir, yekdildir. Ulu öndərin
yolunu uğurla davam etdirən Prezident İlham Əliyev
partiyanın fəaliyyətinin müasir tələblər
baxımından qurulmasına, gənclər təşkilatlarının
yaradılması və formalaşmasına xüsusi diqqət
və qayğı göstərir.
Ali Məclisin sədri
demişdir ki, 2004-cü ildə partiyanın Kəngərli
rayon təşkilatı yarananda 1.215 nəfər üzvü
vardısa, hazırda onların sayı 2.409 nəfərdir. Kəngərli
rayonu Prezident İlham Əliyevin sərəncamı ilə təşkil
olunmuşdur və hazırda inkişaf yolundadır.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyul.- S. 3.