ABŞ Senatında Nabukko layihəsi ilə
bağlı dinləmələr keçirilib
Xarici kütləvi
informasiya vasitələrinin yaydığı məlumata
görə, toplantını giriş sözü ilə senator
Riçard Luqar açıb. Onun fikrincə, Türkiyədə imzalanan hökumətlərarası
saziş bütün dünyaya siqnal oldu ki, layihəyə cəlb
olunan ölkələr qazla manipulyasiya edərək nüfuz
qazanan qüvvələrin planları ilə
barışmayacaqlar.
Senator Nabukkoda uğur
qazanmaq üçün Azərbaycan, Türkiyə,
Gürcüstan, Avropa Birliyi və ABŞ-ın ciddi
çalışdığını deyib. O, İraqın layihəyə
qoşulmasının böyük imkanlar
yaradacağını söyləyib. İmzalanma mərasimindən
sonra İraqın Baş naziri Maliko ilə
görüşdüyünü xatırladan natiq rəsmi
Bağdadın Nabukkoya böyük nikbinliklə
baxdığını açıqlayıb.
ABŞ-ın Avropaya
enerji siyasəti üzrə xüsusi elçisi Riçard
Morninqstar isə bəyan edib ki, İranın nüvə
proqramı ilə bağlı məsələdə tam
aydınlıq yaranmadan Tehranın bu layihədə
iştirakı mümkünsüzdür. O, ABŞ-a birbaşa aidiyyəti olmasa
da, Nabukkonun dünyanın qaz təchizatı sistemində
mühüm rol oynayacağını vurğulayıb.
Azərbaycan.- 2009.- 19 iyul.- S. 4.