Azərbaycanın qadın güləşçiləri
"Qızıl Qran-pri"
turnirində uğurla
çıxış etmişlər
Bakı İdman
Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş güləş üzrə
"Qızıl Qran-pri" turnirinin final mərhələsində
qadın güləşçilərin mübarizəsi
başa çatmışdır. Azərbaycan
idmançıları bu yarışda 5 medal
qazanmışlar.
Yığma
komandamıza qızıl medalı Zümrüd
Qurbanhacıyeva (67 kq) qazandırmışdır.
Digər
qarşılaşmalarda isə Azərbaycan komandasının
üzvlərindən Yuliya Radkeviç (55 kq) gümüş,
Mariya Stadnik (48 kq), Sona Əhmədli ( 55 kq) və Elvira
Mürsəlova (59 kq) isə bürünc medallara layiq
görülmüşlər.
Qadınların
mübarizəsində Azərbaycan 11 idmançı ilə təmsil
olunmuşdu. Onlar 72 kiloqram çəki dərəcəsindən
başqa, bütün çəkilərdə ölkəmizin
idman şərəfini layiqincə qorumuşlar.
Qadın güləşi
üzrə yarışlarda Azərbaycan da daxil olmaqla, 18
ölkənin 71 idmançısı iştirak etmişdir.
AzərTAc
Azərbaycan.-2009.- 19 iyul.- S. 6.