Azərbaycanın ABŞ-ın ən güclü sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" turniri çərçivəsində Azərbaycanın və ABŞ-ın sərbəst güləş üzrə yığmaları arasında yoldaşlıq görüşü keçirilmişdir.

Görüşdə ölkəmizi müxtəlif beynəlxalq yarışlarda mükafatlar qazanmış 7 ən tanınmış pəhləvan təmsil etmişdir.

Gərgin keçən qarşılaşmalarda Azərbaycan güləşçiləri Cəbrayıl Həsənov (66 kq), Camsulvara Camsulvarayev (74 kq), Navruz Temrezov (84 kq) və Ketaq Qazyumov (96 kq) qələbə qazanmışlar. Digər üç çəki dərəcəsində isə ABŞ pəhləvanları qalib gəlmişlər.

Qaliblərə pul mükafatı və hədiyyələr təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 iyul.- S. 6.