Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də
London Sitinin meri Alderman İan Luderin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Alderman İan Luder Azərbaycanda
böyük qonaqpərvərliklə
qarşılandığına görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi. Qonaq ölkəmizə
səfəri zamanı müxtəlif dövlət
strukturlarında keçirdiyi səmərəli
görüşlər barədə dövlətimizin
başçısına məlumat verdi.
Prezident İlham Əliyev
ötən həftə Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığına uğurlu səfərini
və orada keçirdyi səmərəli göruşlərini
məmnunluqla xatırladı.
Dövlətimizin
başçısı London Sitinin merinin ölkəmizə bu
səfərinin Azərbaycanda gedən inkişaf prosesləri
ilə yaxından tanış olmaq və Azərbaycanla
Böyük Britaniya arasında əlaqələrin daha da
genişləndirilməsi üçün imkanların öyrənilməsi
baxımından əhəmiyyətli olduğunu
vurğuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyul.- S. 1.