Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Neft və qaz sənayesində
idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
1 iyul tarixli 366 nömrəli Sərəncamının
icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə
36; 2004-cü il, ¹ 9, maddə 681; 2005-ci il, ¹ 2, maddə 73, ¹ 12,
maddə 1109; 2006-cı il, ¹ 7, maddə 590, ¹ 9, maddə 736;
2007-ci il, ¹3, maddə 219, ¹ 12, maddə 1244) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Nizamnaməsi"ndə aşağıdakı
dəyişikliklər və əlavələr edilsin:
1.1. 1.4-cü bəndin
ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Şirkət
müstəqil balansla yanaşı icmal (konsolidə)
edilmiş hesabatları tərtib edir.";
1.2. 1.5-ci bənddə
"blanklara" sözündən sonra "loqotipə, emblemə
və" sözləri əlavə edilsin;
1.3. 1.7-ci bəndin
birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Şirkət
öhdəliklərinə görə əmlakı ilə
cavabdehdir.";
1.4. 1.9-cu bənd
aşağıdakı redaksiyada verilsin:
"1.9. Şirkətin
Baş ofisi Bakı şəhərində yerləşir.";
1.5. 2.1-ci və
4.3-cü bəndlərdə ismin müvafiq hallarında
"emalı" sözündən sonra ismin müvafiq
hallarında "paylanması" sözü əlavə
edilsin;
1.6. 2.3-cü bənd
üzrə:
1.6.1. beşinci abzasda
"tərkibinə daxil olan müəssisələrin"
sözləri "strukturuna daxil olan hüquqi şəxslər
və hüquqi şəxs olmayan (nümayəndəliklər,
filiallar və sair) qurumlar (bundan sonra - strukturuna daxil olan
qurumlar)" sözləri ilə əvəz edilsin;
1.6.2. on beşinci abzasda
"nəql haqqının" sözləri "nəql xərclərinin"
sözləri ilə əvəz edilsin;
1.6.3. on doqquzuncu abzasda
"xarici şirkətlərin müştərək fəaliyyətə
cəlb edilməsini" sözləri "hüquqi və
fiziki şəxslərlə hüquqi şəxs yaratmaqla və
ya hüquqi şəxs yaratmadan birgə layihələrin həyata
keçirilməsi və layihələrin təsis sənədlərinə
uyğun olaraq onların idarə olunmasında iştirak edilməsi"
sözləri ilə əvəz edilsin;
1.7. III bölmənin
adı aşağıdakı redaksiyada verilsin:
"III. Şirkətin
Nizamnamə kapitalı, əmlakı və mənfəəti";
1.8. 3.1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"3.1. Şirkətin
Nizamnamə kapitalı 600.000.000 manat təşkil edir və
dövlətə məxsusdur.";
1.9. 3.2-ci bəndə
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
"Şirkət əmlakı
üzərində sahiblik, istifadə və sərəncam vermək
hüquqlarını həyata keçirir.";
1.10. 3.3-cü bəndin
ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"dövlət tərəfindən
verilən əmlak;";
1.11. 3.4-cü və
4.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"3.4. Şirkət
qanunvericiliklə nəzərdə tutulmuş vergiləri və
digər məcburi ödənişləri müəyyən
edilmiş qaydada ödədikdən sonra özünün və
müəssisələrinin fəaliyyətindən əldə
edilmiş mənfəəti mərkəzləşdirilmiş
fondlarda cəmləşdirmək və həmin vəsaitlər
üzərində müstəqil sərəncam vermək
hüququna malikdir.
4.1. Şirkətin
strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edilir.";
1.12. 4.2-ci bənddə
"idarəetmə strukturu" sözləri "rəhbərliyi"
sözü ilə əvəz edilsin;
1.13. 4.3-cü bənddə
"tərkibinə daxil olan müəssisələr, habelə
Şirkət tərəfindən bu Nizamnaməyə uyğun
olaraq yaradılan hüquqi şəxslər və hüquqi
şəxs statusuna malik olmayan" sözləri
"strukturuna daxil olan" sözləri ilə əvəz
edilsin;
1.14. 4.4-cü, 4.9-cu,
4.10-cu, 4.11-ci, 4.13-cü bəndlərdə, 5.4-cü bəndin
beşinci abzasında, 5.9-cu bəndin ikinci,
dördüncü, beşinci və yeddinci abzaslarında
"tərkibinə daxil olan müəssisələr"
sözləri "strukturuna daxil olan qurumlar" sözləri
ilə əvəz edilsin;
1.15. 4.4-cü bənddə
"(Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edilən siyahıya əsasən müəyyən
edilmiş müəssisələr istisna olmaqla)" sözləri
çıxarılsın və "qanunvericiliklə müəyyən
edilmiş qaydada" sözləri "struktura uyğun olaraq
müəyyən edilmiş qaydada" sözləri ilə əvəz
edilsin;
1.16. 4.5-ci, 4.8-ci və
4.12-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"4.5. Şirkət tərəfindən
yaradılan müəssisələr, təşkilatlar və
digər təsisatlar arasındakı münasibətlər, o
cümlədən əmlakın balansdan balansa verilməsi,
malların, işlərin və xidmətlərin təqdim
edilməsi, qarşılıqlı hesablaşmaların
aparılması Şirkətin qanunlara zidd olmayan daxili normativ
sənədlərinə uyğun olaraq həyata keçirilir.
4.8. Hüquqi və
fiziki şəxslərlə yaradılan cəmiyyətlərdə,
kooperativlərdə, hüquqi şəxslərin
ittifaqlarında və digər birgə layihələrdə
bilavasitə Şirkət iştirak edə bilər.
4.12. Şirkət və
onun müəssisə və təşkilatları öz fəaliyyətində
qanunla müəyyən edilmiş hallar istisna olunmaqla neft-qaz əməliyyatlarında
ümumi qəbul edilmiş beynəlxalq maliyyə, kadr, təchizat
və digər idarəetmə qaydaları və
standartlarını tətbiq edir.";
1.17. 5.1-ci bənddə
"Bu Nizamnamənin 4.1-ci bəndinə uyğun olaraq təsdiq
edilmiş Şirkətin idarəetmə strukturuna" sözləri
"Şirkətin rəhbərliyinə" sözləri ilə
əvəz edilsin və ", habelə Şirkətin
aparatı" sözləri çıxarılsın;
1.18. 5.4-cü bənd
üzrə:
1.18.1. ikinci və
dördüncü abzasda ismin müvafiq hallarında
"aparat" sözü ismin müvafiq hallarında
"Baş ofis" sözləri ilə əvəz edilsin;
1.18.2. on ikinci abzasda
"verir" sözündən sonra ", həmçinin
Şirkətin Şurasının qərarlarını
imzalayır" sözləri əlavə edilsin;
1.19. 5.6-cı bənddə
"aparatında" sözü "Baş ofisində"
sözləri ilə əvəz edilsin;
1.20. 5.7-ci bənddə
"məşvərətçi" sözü
"kollegial" sözü ilə əvəz edilsin və
aşağıdakı məzmunda dördüncü cümlə
əlavə edilsin:
"Şirkətin
Şurası haqqında Əsasnamə Şirkətin prezidenti
tərəfindən təsdiq edilir.";
1.21. 5.9-cu bəndin səkkizinci
abzası doqquzuncu abzas hesab edilsin və aşağıdakı
məzmunda səkkizinci abzas əlavə edilsin:
"Şirkətin
inkişaf strategiyasının
formalaşdırılması;";
1.22. 6.1-ci bənddə
"statistika hesabatını" sözləri "maliyyə
və statistika hesabatlarını, vergi bəyannamələrini"
sözləri ilə əvəz edilsin;
1.23. 6.2-ci bənddə
"dövlət orqanları" sözü "orqanlar"
sözü ilə əvəz edilsin.
2. həmin fərmanla təsdiq
edilmiş "Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Strukturu"nda aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
2.1. "I. Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin İdarəetmə
Strukturu:" sözləri və "2. Şirkətin
aparatı." sözləri çıxarılsın;
2.2.
aşağıdakı məzmunda 2-8-ci bəndlər əlavə
edilsin:
"2. Şirkətin
Şurası.
3. Audit Komitəsi.
4. Risklərin İdarəedilməsi
Komitəsi.
5. Satınalmalar Komitəsi.
6. Baş ofis.
7. Filiallar, nümayəndəliklər
və hüquqi şəxs statusuna malik olmayan təşkilatlar
(İdarələr).
8. Ortaq Neft Şirkətləri
və Şirkət tərəfindən yaradılan təsisatlar.";
2.3. "II. Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin tərkibinə
daxil olan müəssisələr" sözləri "9.
Şirkətin strukturuna daxil olan müəssisələr"
sözləri ilə əvəz edilsin;
2.4. "Azneft"
İstehsalat Birliyi" sözlərindən sonra
aşağıdakı məzmunda yeni bənd əlavə
edilsin:
"9.2. "Azəriqaz"
İstehsalat Birliyi;";
2.5. "Qaz əməliyyatları"
İdarəsi" sözləri "Qaz ixrac" İdarəsi"
sözləri ilə əvəz edilsin;
2.6. "Elmi tədqiqatlar"
institutu" sözləri "Neftqazelmitədqiqatlayihə"
institutu" sözləri ilə əvəz edilsin;
2.7. "Neftqazlayihə"
institutu" sözləri çıxarılsın;
2.8. 1-18-ci bəndlər
müvafiq olaraq 9.1-9.18-ci bəndlər hesab edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 21 iyul.- S. 2.