"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin  2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanında dəyişilklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 49 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹¹ 10, maddə 574; 2005-ci il, ¹ 7, maddə 592; 2008-ci il, ¹ 8, maddə 719; 2009-cu il, ¹ 4, maddə 226) 1-ci bəndinin doqquzuncu abzası aşağıdakı redaksiyada verilsin:

"həmin qanunun 20-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 1.