Bəzi hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin hakimi və məhkəmə sədri vəzifəsinə təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:

1. Abdullayev Vəli Əsgər oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

2. Hüseynova Təranə Talış qızı vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şamaxı Rayon Məhkəməsinin hakimi təyin edilsin.

3. Müəyyən edilsin ki, bu sərəncamın 1-ci bəndində göstərilən hakimin səlahiyyət müddəti "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 8-ci bəndi ilə tənzimlənir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 1.