Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın fəallaşmasından məmnundur

 

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın fəallaşmasından məmnundur.

Bunu bəyan edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, Moskvada Rusiya Prezidenti Dmitri Medvedevlə görüşdən sonra biz yeni ümidlərin yarandığını hiss etdik.

Nazir demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın əvvəlində regiona ayrı-ayrılıqda, sonunda isə birgə səfər edəcəklər. Bundan sonra nizamlanmanın baza prinsiplərinin təkmilləşdirilməsi üzərində iş davam etdiriləcəkdir. Hazırda biz prosesdə fəallaşmanın olduğunu hiss edirik.

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşünə gəlincə, E.Məmmədyarov vurğulamışdır ki, belə görüş hazırlanır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 2.