Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva London Siti merinin
xanımı Lin Luder ilə görüşmüşdür
İyulun 20-də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə
səfərdə olan London Siti merinin xanımı Lin Luder ilə
görüşmüşdür.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Lin Luderi Bakıda görməkdən
məmnun olduğunu bildirdi.
Bu yaxınlarda
Böyük Britaniyada səfərdə olduğunu deyən
Mehriban xanım iki ölkə arasında dostluq əlaqələrinin
uğurla inkişaf etdiyini vurğuladı.
Xanım Lin Luder xoş
sözlərə və səmimi münasibətə görə
Mehriban Əliyevaya təşəkkür etdi.
Görüşdə
ölkələrimiz və xalqlarımız arasında
münasibətlərin yüksək səviyyədə
olması xüsusi vurğulandı, əlaqələrin bundan
sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyul.- S. 3.