London Siti merinin xanımı Heydər Əliyev Fondunda olmuşdur
London Siti merinin xanımı Lin Luder iyulun 20-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonağa ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri, çoxşaxəli fəaliyyəti, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilmişdir.
Xanım Lin Luder ümummilli lider Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin verdiyi hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışdır.
Ulu öndərin Azərbaycanda hüquqi, demokratik dövlət və ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat xanım Lin Luder tərəfindən maraqla qarşılanmışdır.
Qonaq fondla tanışlıqdan
zəngin təəssüratla
ayrılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyul.- S. 3.