Azərbaycan Ermənistan prezidentlərinin Moskva görüşünü yüksək qiymətləndirir

 

Avropa İttifaqında (Aİ) sədrlik edən İsveç Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü ilə bağlı bəyanat yaymışdır.

Bəyanatda deyilir ki, Aİ dövlət başçılarının Moskva görüşünü alqışlayır və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri artırmağa çağırır. Bildirilir ki, Aİ danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir və bu işdə onlara hər cür kömək göstərməyə hazırdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 3.