Əli Həsənov: "Biz beynəlxalq təşkilatların rəylərini
nəzərə alırıq,
amma öz yolumuzla gedirik"
"Azərbaycan cəmiyyətinə
söz və mətbuat azadlığı lazımdır. Bu,
Azərbaycan dövlətinin seçdiyi yolun mahiyyətini təşkil
edir. Biz beynəlxalq təşkilatların rəylərini nəzərə
alırıq, amma öz yolumuzla gedirik".
Bu sözləri Azərbaycan
Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov bəzi beynəlxalq
qurumların nümayəndələrinin Azərbaycanda mətbuat
azadlığına qarşı təzyiqlərin olması ilə
bağlı iddialarını şərh edərkən
demişdir. Əli Həsənovun sözlərinə görə,
Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların
tövsiyələrini həmişə nəzərə
alır.
Lakin təəssüflər
olsun ki, bu qurumların yanaşmasında subyektiv mülahizələr
əsasında çıxarılmış rəylər
üstünlük təşkil edir. Onların istifadə
etdikləri qiymətləndirmənin metodologiyası bizdə
şübhəli assosiasiya yaradır. Belə rəylərin
obyektiv olmadığını qarşı tərəfin diqqətinə
çatdırsaq da, bu tipli rəylərin səslənməsi
davam edir. Bütün bunlar isə Azərbaycanı təsir
altında saxlamaq məqsədi daşıyır.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyul.- S. 3.