Azərbaycan Prezidenti İlham Əliyev İsrailin ölkəmizdəki səfiri Artur Lenki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İsrailin fövqəladə və səlahiyyətli səfiri Artur Lenki Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu söylədi. Dövlətimizin başçısı ölkəmizdə fəaliyyəti dövründə Artur Lenkin Azərbaycan-İsrail əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Artur Lenk ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndiyini vurğuladı, onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 1.