"Dini etiqad azadlığı haqqında"
Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
"Dini etiqad
azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1992-ci il, ¹ 16, maddə 694; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddələr
171, 226, ¹ 4, maddə 287; 1998-ci il, ¹1, maddə 16; 2001-ci il, ¹ 12,
maddə 736; 2002-ci il, ¹ 6, maddə 328, ¹ 12, maddə 692;
2003-cü il, ¹1, maddə 16; 2005-ci il, ¹8, maddə 684; Azərbaycan
Respublikasının 2009-cu il 8 may tarixli 812-IIIQD nömrəli
Qanunu) aşağıdakı əlavələr və dəyişiklik
edilsin:
1.8-ci maddəyə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
"İslam dininə
aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri
müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən
təyin edilir.".
2. 21-ci maddənin
üçüncü, dördüncü və beşinci hissələri
müvafiq olaraq dördüncü, beşinci və
altıncı hissələr hesab edilsin, maddəyə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
"İslam dininə
aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan
Respublikasında təhsil almış Azərbaycan
Respublikasının vətəndaşları tərəfindən
həyata keçirilə bilər.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 22 iyul.- S. 1.