"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

 

Aqrar bölmədə lizinqin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bir ay müddətində Cəmiyyətin nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və həmin dəyişikliklərin qeydiyyata alınması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirləri həyata keçirsinlər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 2.