"Dini etiqad azadlığı haqqında"
Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli
841-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Dini etiqad
azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2009-cu il 30 iyun tarixli 841-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Dini etiqad
azadlığı haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması haqqında təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Dini etiqad azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan
Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 22 iyul.- S. 1.