Böyük
maarifçi Həsən bəy Zərdabinin 134 il öncə
min bir əziyyətlə yaratdığı "Əkinçi"
qəzetinin ilk nəşri ilə Azərbaycan milli mətbuatının
tarixi başlayır. "Əkinçi"dən düşən
işıq 134 ildir ki, millətimizin yoluna işıq salır
və bu işıq selinin sonsuzluğa qədər
uzanacağına əminlik yaradır. Xarlqımız hər
il "Əkinçi"nin nəşrə
başladığı 22 iyul tarixini mətbuat bayramı
günü kimi qeyd edir.
Peşə
bayramının yüksək səviyyədə keçirilməsi
redaksiyamızda ənənə halını alıb. Bir də
ola qonaq-qara gələndə. Azərbaycan Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova,
komitənin bir neçə məsul əməkdaşı və
UNİ Qlobal Həmkarlar Təşkilatının Rusiyadan gəlmiş
nümayəndələri də redaksiyamızın
qonağı idilər.
"Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
Sadıqov mətbuat bayramı münasibətilə redaksiyanın
kollektivini və Azərbaycan jurnalistlərini təbrik edərək
mətbuatımızın yaranma tarixindən, bu tarixi yaradan
böyük ziyalı Həsən bəy Zərdabidən və
Azərbaycan mətbuatının peşəkarlıq ənənələrindən
danışdı. Baş redaktor mətbuatın, xüsusən
müstəqil mətbuatın inkişafına göstərilən
dövlət qayğısını xüsusilə qeyd etdi:
"Ötən ay Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradıldı. KİV-in İnkişafına Dəstək
Fondunun hələ ki MDB-də analoqu yoxdur. Məqsəd
KİV-in iqtisadi müstəqilliyinin və peşəkarlığının
artırılmasına, həmçinin vətəndaş cəmiyyəti
quruculuğunda KİV-in rolunun gücləndirilməsinə
xidmət etməkdir. Fonda ayrılan vəsaitin hər il
artırılacağı nəzərdə tutulur".
AMİMHİRK-nin sədri
Cəmilə xanım Səttarova da Milli Mətbuat Günü
münasibətilə redaksiyamızın kollektivini təbrik
etdi. Qonaqlara "Azərbaycan" qəzeti reaksıyasında
yaradılmış normal iş şəraitindən
danışan komitə sədri qeyd etdi ki, bu qəzet hər
zaman qəzetçilik ənənələrinə sadiqliyi, peşəkarlığı,
sosial hüquqların qorunması ilə bağlı fərqlənib.
Ciddi yazılarıyla cəmiyyətdə böyük
nüfuza malik rəsmi dövlət qəzetidir. Sonra Cəmilə
xanım bayram münasibətilə AMİMHİRK adından
redaksiyanın bir neçə əməkdaşına hədiyyə
və fəxri fərmanlar təqdim etdi.
Xatırladaq ki, 2000-ci il
yanvarın 1-dən fəaliyyətə başlayan UNİ
Qlobal Həmkarlar Təşkilatı bütün
dünyanın fəhlələri üçün tribuna və
siyasi platforma rolunu oynayır. Təşkilatın Moskva
nümayəndəliyinin əlaqələndiricisi Q.Ovsyannikov
redaksiyamızın kollektivini Milli Mətbuat Günü
münasibətilə təbrik edərək təmsil etdikləri
qurumun fəaliyyəti barədə məlumat verdi:
"Dünyanın 140 ölkəsinin doqquz yüz həmkarlar
ittifaqında 20 milyon fəhlənin dəstəyinə malik
UNİ beynəlxalq həmrəyliyi möhkəmlədir və
bütün üzvləri adından beynəlxalq səviyyədə
çıxış edir.
UNİ üzv olan həmkarlar
təşkilatları ilə işləyir və
çalışır ki, bu təşkilatlar qanuni şəkildə
fəaliyyət göstərsin. Bu qanunların mövcud
olmadığı ölkələrdə UNİ müvafiq
müqavilə imzalamaq üçün öz səylərini
birləşdirir və buna nail olmaq istəyir. Bu qanunların
mövcud olduğu ölkələrdə isə həmkarlar təşkilatları,
Beynəlxalq Əmək Bürosu və digər qruplar
bunların həyata keçirilməsi istiqamətində fəaliyyət
göstərir. UNİ həmçinin inkişaf etmiş
ölkələrdə də həmkarlar ittifaqları
yaradır.
UNİ-nin digər təmsilçiləri
Mariya Jilina və Nikolay Bloxin keçiriləcək
seminarın məqsədindən və gündəlikdəki məsələlərdən
danışdılar. Sonra qonaqlar "Azərbaycan" qəzeti
redaksiyasını gəzərək kollektivin iş şəraiti
ilə tanış oldular.
R.RZALI
Azərbaycan.- 2009.- 22
iyul.- S. 4.