Mətbuat Şurası İdarə Heyətinin iclası olmuşdur

 

İyulun 21-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilmişdir.

Əvvəlcə Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsinə baxılmışdır. Müzakirələrdən sonra "Suqovuşan", "Şəfəq", "Sumqayıt" qəzetləri, "Bahar", "Hüquqi dövlət və qanun" jurnalları, "Kaspi" və "Qaya" mətbuat yayımı qurumları Şuraya qəbul olunmuşdur.

Sonra Şuranın şikayətlər üzrə komissiyasının rəyləri nəzərdən keçirilmişdir. İdarə Heyəti 8 məsələ barədə rəylərə əsasən müvafiq qərarlar qəbul etmişdir.

İclasda Mətbuat Şurasının 2009-cu ilin birinci yarısında gördüyü işlərə dair hesabat geniş müzakirə olunmuşdur. Qərara alınmışdır ki, hesabatın mətni ölkə KİV-lərinə yayılsın və ayrıca müzakirəsi təşkil edilsin.

İclasda bir neçə şikayət üzrə müzakirələr də aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 4.