London Sitinin meri Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir
İyulun 21-də
A.Yan Luder səfərini Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələrin daha da möhkəmlənməsi yolunda növbəti addım adlandırmışdır. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə, habelə maliyyə, rabitə və informasiya nazirliklərində, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində, Mərkəzi Bankda və digər qurumlarda görüşlər keçirdiyini deyən qonaq ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olduğunu, Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin daha da genişləndirilməsi üçün imkanların öyrənilməsi baxımından əhəmiyyətli addımlar atıldığını bildirmişdir. Onun sözlərinə görə, görüşlərdə ölkələrimizin iqtisadi əməkdaşlığı, bank sistemləri arasında əlaqələrin vəziyyəti və perspektivləri də müzakirə edilmişdir.
Ölkəsinin Azərbaycanın strateji tərəfdaşlarından
biri olduğunu vurğulayan
AzərTAc
Azərbaycan.- 2009.- 22 iyul.-
S. 4.