Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Hüsni Mübarəkə

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Misir arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, münasibətlərimizin xoş ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Misir xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 23 iyul.- S. 1.