"Azərbaycan Respublikası
və Rusiya Federasiyası arasında
2009-cu il iyunun 29-da
Bakı şəhərində imzalanmış
sənədlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
1.1. Azərbaycan
Respublikası hökuməti və Kabardin-Balkar Respublikası
hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq
haqqında Saziş;
1.2. Azərbaycan
Respublikasının Rusiya Federasiyasında və Rusiya
Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik
nümayəndəliklərinin yerləşdirilməsi və
xidmət göstərilməsi şərtləri haqqında
Azərbaycan Respublikası hökuməti və Rusiya
Federasiyası hökuməti arasında Sazişin
hazırlanması haqqında Azərbaycan Respublikasının
xarici işlər naziri və Rusiya Federasiyasının xarici
işlər nazirinin Birgə Bəyannaməsi.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində
göstərilən sənədlərin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1.1-ci bəndində
göstərilən Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Rusiya
Federasiyası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 23 iyul.- S. 1.