Z.Əsgərov
bildirmişdir ki, Azərbaycan-İsrail münasibətləri
yüksələn xətt üzrə inkişaf etməkdədir.
Bu inkişaf İsrail
Prezidenti Şimon Peresin bu yaxınlarda Azərbaycana tarixi səfərindən
sonra daha da intensivləşmişdir. Səfər zamanı
imzalanmış sənədlər dövlətlərimizin gələcək
əməkdaşlığı üçün əlverişli
şərait yaratmışdır.
Hər iki ölkənin
qarşılıqlı əməkdaşlığa
ehtiyacı olduğunu vurğulayan Ziyafət Əsgərov Azərbaycan
ilə İsrailin beynəlxalq aləmdə bir-birini dəstəkləməsindən
məmnunluğunu ifadə etmişdir.
Ölkəsinin Azərbaycanla
yaxın münasibətlərindən danışan Robert
İlatov siyasi, iqtisadi, səhiyyə və digər sahələrdə
qarşılıqlı əməkdaşlıq
üçün geniş imkanlar olduğunu bildirmişdir. O demişdir ki, İsrail
bütün sahələrdə öz zəngin təcrübəsini
Azərbaycanla bölüşməyə hazırdır və
bundan sonra da Azərbaycanı dəstəkləyəcəkdir.
Görüşdə parlamentlərarası
münasibətlərin inkişafı və
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2009.- 23 iyul.- S. 5.