Milli Mətbuat
Günü münasibətilə Azərbaycan Mətbuat
Şurasının və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
nümayəndələri iyulun 22-də Fəxri xiyabana gələrək,
müasir Azərbaycan dövlətinin memarı və qurucusu,
ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad
etmiş, məzarı önünə əklil və gül dəstələri
qoymuşlar.
Sonra böyük mütəfəkkir,
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin
məzarı ziyarət olunaraq əklil və gül dəstələri
qoyulmuşdur.
Azərbaycan.- 2009.- 23 iyul.- S. 5.