Strateji tərəfdaşlıq müqaviləsi imzalandı
Dünən "Hyatt
Regency" otelində "Azerfon" MMC və
"Vodafone" şirkəti arasında strateji tərəfdaşlıq
müqaviləsi imzalanmışdır.
Mərasimdə
"Azerfon" MMC-nin baş icraçı direktoru Gido Helbix,
"Vodafone" şirkətinin Tərəfdaş
Bazarları üzrə icraçı direktoru Riçard Deyli,
Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun və Azərbaycanın
rabitə və informasiya texnologiyaları nazirinin müavini
Elmir Vəlizadə iştirak edirdilər.
Müqaviləyə əsasən,
"Azerfon", "Vodafone" şirkətlərinin məhsulları
"Azerfon"un hazırkı və gələcək abunəçilərinə
təqdim olunacaq.
Azərbaycanda
"Vodafone" şirkətinin məhsulları və xidmətləri
hər iki şirkətin birgə ticarət nişanları ilə
satılacaq. Mərhələlərlə həyata
keçirilən prosesin bir hissəsi kimi "Vodafone"
şirkəti "Azerfon"un istifadəçilərini fəaliyyət
göstərdiyi 67 ölkədə təkmilləşdirilmiş
səs və rouminq xidmətləri ilə təmin edəcək.
"Azerfon" şirkətinin
baş icraçı direktoru Gido Helbix bildirdi ki,
"Azerfon" və "Vodafone" arasında strateji tərəfdaşlıq
hər iki şirkət üçün önəmlidir. Belə
ki, "Azerfon" "Vodafone" şirkətinin təcrübəsindən
istifadə edərək qabaqcıl və ən innovativ məhsulları
yerli bazarda təqdim edə biləcəkdir.
V.CƏFƏROV
Azərbaycan.- 2009.- 23 iyul.- S. 8.