Nəqliyyat naziri Ziya Məmmədov
əvvəlcə ətraf ərazidə
görülmüş yenidənqurma və təmir işləri
haqqında dövlətimizin başçısına məlumat
verdi. Bildirildi ki, dəmir yolu vağzalının binası
mükəmməl layihə əsasında yenidən qurulur. Dilarə
Əliyeva küçəsindəki 235 və 237 nömrəli
binalarda təmir işləri başa
çatdırılmış, 235 nömrəli binada 3
müasir lift quraşdırılmışdır. Cəfər
Cabbarlı meydanı da görkəmini tamamilə dəyişmişdir.
Yeraltı keçiddə
görülmüş işlərlə yaxından
tanış olan Prezident İlham Əliyev obyektin sxemlərinə,
layihələrinə, keçidin əvvəlki və indiki vəziyyətini
əks etdirən fotoşəkillərə baxdı.
Məlumat verildi ki, bir il əvvəl başlanmış əsaslı
yenidənqurma işlərini "Azəryolservis" ASC-nin
sifarişi əsasında "Samur Holdinq" şirkətlər
qrupuna daxil olan "Azərtikintibərpa" MMC həyata
keçirmişdir. Pilləkən
çıxışları da daxil olmaqla 750 metr
uzunluğundakı keçiddə yenidənqurma işlərində
təxminən 1000 nəfər
çalışmışdır. Tamamilə müasir
görkəm almış keçidin divarları və
döşəməsi İtaliya və Türkiyə
istehsalı olan mərmər və qranitlə üzlənmişdir.
Burada Yaponiya texnologiyası əsasında havalandırma,
yanğından mühafizə və videomüşahidə
sistemləri quraşdırılmışdır.
Keçidin 9
çıxışı vardır. Ən müasir standartlara
cavab verən keçiddə 150 nəfərdən çox
adamın işlə təmin olunduğu 77 mağaza və kafe
fəaliyyət göstərir. Fasiləsiz elektrik enerjisi vermək
üçün 2 yardımçı stansiya vardır.
Prezident İlham Əliyevə
dəmir yolu vağzalı binasının yenidənqurma layihəsi
barədə də məlumat verildi. Bildirildi ki, bina tezliklə
müasir görkəm alacaq, burada müasir kassalar, istirahət
guşələri və mehmanxana fəaliyyət göstərəcəkdir.
Hazırda Bakıda daha
4 yeraltı piyada keçidində yenidənqurma işləri
davam edir və yaxın vaxtlarda başa
çatdırılacaqdır. İnşaatçılar
prospektindəki keçiddə isə işlər tamamlanmışdır.
Prezident İlham Əliyev ətrafda həyata keçirilən
yenidənqurma işləri ilə də maraqlandı. Cəfər
Cabbarlının heykəlinin ətrafı da
abadlaşdırılmış, yaşıllıqlar
salınıb, müasir işıqlandırma sistemi
quraşdırılmışdır.
Dövlətimizin
başçısına 1926-cı ildə istifadəyə
verilmiş Bakı-Sabunçu elektrik dəmir yolunun vağzal
binasında görülən yenidənqurma işləri
haqqında da məlumat verildi. Binada təmir işlərində
milli və müasir memarlıq üslubları peşəkarlıqla
uzlaşdırılır.
Prezident İlham Əliyev
Bakının yol-nəqliyyat kompleksinin yenidən qurulması
ilə bağlı əlavə tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 24 iyul.- S. 1.